İranın XİN başçısı Ermənistanda işgüzar səfərdədir

İranın XİN başçısı Ermənistanda işgüzar səfərdədir İranın xarici işlər naziri Hüseyn Əmir-Abdallahian İrəvanda işgüzar səfərdədir.
Region
27 dekabr 2023 08:32
İranın XİN başçısı Ermənistanda işgüzar səfərdədir

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdallahian İrəvanda işgüzar səfərdədir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

İran xarici işlər nazirinin təyyarəsi “Zvartnots” hava limanına enib.

Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır.

İran KİV-lərinin məlumatına görə, Abdullahian Tehran və İrəvan arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə etmək niyyətindədir. O, həmçinin “3+3” formatında Cənubi Qafqaz regionu ilə bağlı mühüm məsələlər üzrə məsləhətləşmələr aparacaq.

Son xəbərlər

Orphus sistemi