İranın şərq bölgələrini su basıb, ölənlər var

İranın şərq bölgələrini su basıb, ölənlər var İranın Sistan-Bəlucistan və Kirman əyalətlərində baş verən daşqınlar nəticəsində 3 nəfər ölüb, 8 yaşlı qız itkin düşüb
Region
27 İyul , 2022 10:14
İranın şərq bölgələrini su basıb,  ölənlər var

İranın Sistan-Bəlucistan və Kirman əyalətlərində baş verən daşqınlar nəticəsində 3 nəfər ölüb, 8 yaşlı qız itkin düşüb.

“Report” xəbər verir ki, məlumatı “Iran International” agentliyi yayıb.

Bildirilib ki, Sistan-Bəlucistanın paytaxtı Zahidanla yanaşı, Kirman əyalətinin 16 şəhərini və 9 kəndini də su basıb.

Məlumata görə, rəsmi mənbələr daha 7 əyalətdə sel olacağına dair xəbərdarlıq edilib.

Sistan-Bəlucistan əyalətinin cənubunda yerləşən Zarabad şəhərinin başçısı Kuruş Məhəmmədi Suru Bəxş Karvan kəndinin sakini 8 yaşlı qızın itkin düşdüyünü söyləyib.

Bölgənin fövqəladə hallar idarəsinin başçısı Şəhrəki isə bildirib ki, İranşəhr-Mehristan, Xaş-Suran, Suran-Mehristan və Xaş-Pəsku avtomobil yolları daşqınlar nəticəsində bağlanıb.

Əyalətin Elektrik Şəbəkəsi Şirkətindən qeyd olunub ki, Delqan, Naxor və Sərbaz şəhərlərində yağış və külək 17 elektrik dirəyini aşırıb və transformatora ziyan vurub.

Sistan-Bəlucistan əyaləti meteoroloji şöbəsinin baş direktoru Möhsün Heydəri bildirib ki, Zahidana illik yağıntı normasının 30 faizi yağıb. Şəhərə son 60 ildə rekord miqdarda yağış yağıb.

Kirman əyaləti fövqəladə hallar idarəsinin baş direktoru Məcid Səidi bildirib ki, əyalətin cənubunda yerləşən Fəryab, Manocan, Koxunc, Anbarabad, Cənubi Rudbar, Kalaqanc, Ciroft və Urzu şəhərlərindəki bütün mövsümü çaylar daşıb. Əyalətdə 65 kəndin yolunu su basıb, 10 kəndin elektrik enerjisi kəsilib.

Fars əyalətinin valisi Məhəmməd Hadinin sözlərinə görə, ötən həftə İstehban şəhərində su daşqınları nəticəsində 21 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Son xəbərlər

Orphus sistemi