İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqların səkkizinci raundu 2022-ci il yanvarın 3-də davam edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
Danışıqların 2022-ci ilin fevral ayının əvvəlinə qədər başa çatdırılması planlaşdırılır.