Qərbi Azərbaycan əyalətində zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB

Qərbi Azərbaycan əyalətində zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB Cənubi Xorasan əyalətinin Qızıl Ay Cəmiyyətinin müdiri Məhəmmədrza Rzai yeraltı təkanlar nəticəsində itki və dağıntının olmadığını bildirib
Region
121
11 Mart , 2021 12:43
Qərbi Azərbaycan əyalətində zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB

İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5-6 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, yeraltı təkanlar Xoy şəhərindən 14 km şimal-şərqdə 10 km dərinlikdə qeyd alınıb.

Yeraltı təkanlar Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Ermənistanın sərhədyanı rayonlarında da hiss edilib.

11:38

İranın Cənubi Xorasan əyalətinin Firdovsi şəhərində 4,6 bal gücündə zəlzələ olub.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, zəlzələ 10 km dərinlikdə baş verib.

Cənubi Xorasan əyalətinin Qızıl Ay Cəmiyyətinin müdiri Məhəmmədrza Rzai yeraltı təkanlar nəticəsində itki və dağıntının olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi