İranın 3,5 milyard dollarlıq maliyyə vəsaitinə qoyulan həbs götürülüb

İranın 3,5 milyard dollarlıq maliyyə vəsaitinə qoyulan həbs götürülüb İran hakimiyyəti ilə Avropa ölkələrinin məmurları arasında danışıqlar nəticəsində xarici banklarda olan 3,5 milyard ABŞ dolları məbləğində dondurulmuş maliyyə vəsaitinin sərbəstləşməsi məsələsində razılıq əldə edilib.
Region
104
9 Dekabr , 2021 17:56
İranın 3,5 milyard dollarlıq maliyyə vəsaitinə qoyulan həbs götürülüb

İran hakimiyyəti ilə Avropa ölkələrinin məmurları arasında danışıqlar nəticəsində xarici banklarda olan 3,5 milyard ABŞ dolları məbləğində dondurulmuş maliyyə vəsaitinin sərbəstləşməsi məsələsində razılıq əldə edilib.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri bildirib.

“Bu yaxınlarda sorğumuz əsasında 3,5 milyard dollara qoyulan həbs götürülüb. Biz uyğun müraciətləri başqa dövlətlərə də etmişik. Yaxşı nəticələr əldə etmişik”, - o deyib.

Son xəbərlər

Orphus sistemi