İran İslam Respublikasının cənubunda 5,6 bal gücündə zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, zəlzələ yerli vaxtla saat 22:05-də, Kohqiluyə və Buyir-Əhməd əyalətində qeydə alınıb.
Əyalətin Dena rayonunda qeydə alınan zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
İranın Təcili Yardım Xidmətinin nümayəndəsi Mödcab Xalidi
Zəlzələ həmçinin cənub ərazilərinə maddi ziyan vurub, elektrik enerjisinin verilişində fasilələr yaranıb.