İranda zavodda partlayış baş verib, onlarla insan xəsarət alıb

İranda zavodda partlayış baş verib, onlarla insan xəsarət alıb İranın cənub-şərqində yerləşən Fars əyalətində natrium bikarbonat fabrikində baş vermiş güclü partlayış nəticəsində onlarla insan yaralanıb.
Region
13 İyun , 2022 23:58
İranda zavodda partlayış baş verib, onlarla insan xəsarət alıb

İranın cənub-şərqində yerləşən Fars əyalətində natrium bikarbonat fabrikində baş vermiş güclü partlayış nəticəsində onlarla insan xəsarət alıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə səhiyyə rəsmiləri bildiriblər.

Qeyd edilir ki, hadisə Firuzabad şəhərində qeydə alınıb.

Fars vilayətinin Qırmızı Aypara Cəmiyyətinin icraçı direktoru Hüseyn Dərvişi bildirib ki, partlayış nəticəsində 72 nəfər xəsarət alıb. Hadisə nəticəsində zəhərli qazın yayılması səbəbindən yaxınlıqdakı yollar bağlanıb.

Fars əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru bildirib ki, partlayış zavodun ammonyak çənlərindən birinin sızması nəticəsində baş verib.

Digər mətbu orqanlar isə hadisə zamanı ümumilikdə 112 nəfərin zərər çəkdiyini xəbər veriblər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Hələlik hər hansı ölüm faktı barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi