İranda zavodda güclü partlayış olub

İranda zavodda güclü partlayış olub İranda yerli polad tökmə zavodunda güclü partlayış baş verib.
Region
283
6 İyun , 2021 08:04
İranda zavodda güclü partlayış olub

İranda yerli poladtökmə zavodunda güclü partlayış baş verib.

“Report”un məlumatına görə, bu barədə “Voanews” portalı bildirib.

Qeyd edilir ki, hadisə Zərənd şəhərində olub. Alov şəhərin müxtəlif ərazilərindən görünüb.

Hadisə əridilmiş metal sızmasına görə olub. Hələlik partlayış nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.

Sosial şəbəkə istifadəçiləri müəssisənin ərazisində güclü yanğını əks etdirən videogörüntüləri paylaşıblar.

Son xəbərlər

Orphus sistemi