İranda koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır

İranda koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır 257 039 pasiyent isə sağalıb.
Region
28 İyul , 2020 15:43
İranda koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır

İranda son sutkada koronavirusdan 235 nəfər dünyasını dəyişib.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə və Ailə Rifahı Nazirliyinin sözçüsü Sima Sədət Lari bildirib.

Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 667 nəfər artaraq 296 273 nəfərə çatıb.

Koronavirusdan ölənlərin ümumi sayı 16 147 nəfərə yüksəlib, 257 039 pasiyent isə sağalıb.

Son xəbərlər

Orphus sistemi