İranda xanım kinorejissor həbsxanada müəmmalı şəkildə ölüb

İranda xanım kinorejissor həbsxanada müəmmalı şəkildə ölüb İranda ötən il keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün həbs olunmuş kinorejissor Bahar Lelehi Hacı Delay saxlanıldığı zindanda müəmmalı şəkildə ölüb.
Region
12 İyun , 2024 10:48
İranda xanım kinorejissor həbsxanada müəmmalı şəkildə ölüb

İranda ötən il keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün həbs olunmuş kinorejissor Bahar Lelehi Hacı Delay saxlanıldığı zindanda müəmmalı şəkildə ölüb.

“Report” xəbər verir ki, bu barədə “İraninternational” məlumat yayıb.

Bildirilib ki, Bahar xanımı ailə üzvləri dar çevrədə Tehran yaxınlığındakı Kərəc şəhərində, Beheşte-Səkinə qəbiristanlığında dəfn ediblər.

Qeyd olunub ki, 40 yaşlı Bahar Lelehi Sur Universitetində kino rejissorluğu üzrə bakalavr dərəcəsi və Tarbiət Madras Universitetində ədəbiyyat üzrə magistr dərəcəsi alıb. O, karyerası dövründə qısametrajlı film festivalı və gənclərin bu istiqamətdə tədbirlərinə münsiflik edib. Son illərdə İran Gənclər Filmləri Assosiasiyasında müəllim və eyni zamanda Sur Film Akademiyasında müəllim olub.

B.Lalehi 2022-ci il sentyabrın 27-də İranda başlamış “Qadın, həyat, azadlıq” hərəkatında fəal iştirak edib.

Son xəbərlər

Orphus sistemi