İranda partlayış baş verib, ölənlər var

İranda partlayış baş verib, ölənlər var İranın paytaxtı Tehranın Qaleh Morgi küçəsində yerləşən binada partlayış baş verib.
Region
174
13 Dekabr , 2021 00:16
İranda partlayış baş verib, ölənlər var

İranın paytaxtı Tehranın Qaleh Morgi küçəsində yerləşən binada partlayış baş verib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Maleki partlayışın yerli vaxtla saat 18:44-də baş verdiyini və bu barədə məlumatdan sonra bölgəyə 3 yanğınsöndürən maşının göndərildiyini bildirib. "Partlayış binaya, eləcə də ətrafdakı tikililərə və park edilmiş avtomobillərə ziyan vurub", - Maleki deyib.

İlkin məlumata görə, partlayışa binadakı oksigen balonları səbəb olub. "Dağıntılar altında ağır yaralanan 2 nəfər xilasetmə qrupları tərəfindən çıxarılıb, lakin onlar aparıldıqları xəstəxanada həyatını itirib", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi