Bu gün səhər saatlarında İranın Gilan əyalətinin Ləngərud şəhərində narkoloji dispanserdə baş verən yanğın nəticəsində 32 nəfər ölüb, 17 nəfər yaralanıb.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Ləngərud şəhərinin başçısı Məhəmməd Rza Cəlali məlumat yayıb.
Bildirilib ki, yaralıların 16-sı xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.