İranda namizədlərdən biri prezident seçkisində iştirakdan imtina edib

İranda namizədlərdən biri prezident seçkisində iştirakdan imtina edib İranın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Möhsün Mehrəlizadə iyunun 18-də keçiriləcək seçkidə iştirakdan imtina edib.
Region
16 İyun , 2021 09:55
İranda namizədlərdən biri prezident seçkisində iştirakdan imtina edib
Möhsün Mehrəlizadə

İranın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Möhsün Mehrəlizadə iyunun 18-də keçiriləcək seçkidə iştirakdan imtina edib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, o, bu barədə İranın Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda bildirib.

Mehrəlizadə məktubda seçkidə iştirakdan imtina etməsinin səbəbini açıqlamayıb.

Xatırladaq ki, prezidentliyə 7 namizəd qeydə alınmışdı: İran ali məhkəməsinin sədri İbrahim Rəisi, məsləhət şurasının katibi Möhsün Rzayi, Mərkəzi Bankı keçmiş müdiri Abdülnasir Himməti, təhlükəsizlik şurasının keçmiş katibi Səid Cəlili, parlament sədrinin müavini Əmir Hüseyn Kazizadə-Haşimi, Qum şəhərindən olan deputat Əlirza Zakani və Möhsün Mehrəlizadə. Hazırda namizədlərin sayı 6-ya düşüb.

Son xəbərlər

Orphus sistemi