İranda leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib

İranda leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib İranda son 4 gündə yağan leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib.
Region
10 İyun , 2023 18:16
İranda leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib

İranda son 4 gündə yağan leysan yağışları nəticəsində 17 əyalətdə sel və daşqın baş verib.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran xilasetmə təşkilatının rəhbəri Babək Mahmudi bildirib.

Onun sözlərinə görə, 4 şəhər, 35 kənd və 2 köçəri bölgə təxirəsalınmaz yardım almaq üçün müraciət edib.

Babək Mahmudi qeyd edib ki, 72 nəfər yaralı vəziyyətdə evdən tapılıb, 31 nəfər təhlükəsizlik əraziyə köçürülüb: “Təbii fəlakət nəticəsində 7 nəfər ölüb. Onlardan biri dağdan aşıb, o biri ildırım vurması nəticəsində vəfat edib”.

Son xəbərlər

Orphus sistemi