İranda koronavirusdan ölənlərin sayı 51 minə yaxınlaşır

İranda koronavirusdan ölənlərin sayı 51 minə yaxınlaşır 754 224 nəfər virusdan sağalıb.
Region
8 Dekabr , 2020 16:23
İranda koronavirusdan ölənlərin sayı 51 minə yaxınlaşır

İranda son sutkada 11 023 nəfər koronavirusa yoluxub.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin başçısı Sima Sadat Lari bildirib.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 062 397-yə yüksəlib. Ötən sutka 323 pasiyent ölüb. Pandemiya qurbanlarının sayı 50 917-yə çatıb. 754 224 nəfər virusdan sağalıb.

Son xəbərlər

Orphus sistemi