İranda koronavirusa yoluxanların sayı bir milyonu ötdü

İranda koronavirusa yoluxanların sayı bir milyonu ötdü İranda son sutkada 13 922 nəfər koronavirusa yoluxub.
Region
3 Dekabr , 2020 15:23
İranda koronavirusa yoluxanların sayı bir milyonu ötdü

İranda son sutkada 13 922 nəfər koronavirusa yoluxub.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin başçısı Sima Sadat Lari bildirib.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 003 494-ə yüksəlib. Ötən sutkada 358 pasiyent ölüb. Pandemiya qurbanlarının sayı 49 348-ə çatıb.

Son xəbərlər

Orphus sistemi