İranda koronavirus yayılmaqda davam edir

İranda koronavirus yayılmaqda davam edir İranda ötən gündən COVID-19 virusuna 2397 nəfər yoluxub, 188 nəfər də dünyasını dəyişib.
Region
11 İyul , 2020 16:04
İranda koronavirus yayılmaqda davam edir

İranda ötən gündən COVID-19 virusuna 2 397 nəfər yoluxub, 188 nəfər dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sədət Lari bildirib.

Ölkədə rəsmi olaraq koronavirus infeksiyası barədə açıqlama verildiyi 19 fevral tarixindən bu yana yoluxanların sayı 255 117 nəfərə çatıb ki, bunlardan 12 635 nəfər ölüb, 217 666 nəfər sağalıb.

Qeyd edək ki, iyul ayının əvvəlində İranda gündəlik yoluxma sayına görə üç dəfə rekord yenilənib. Ayın 5-dən ictimai və qapalı məkanlarda maska taxmaq məcburidir. 

Son xəbərlər

Orphus sistemi