İranda koronavirus qurbanlarının sayı 14 mini ötdü

İranda koronavirus qurbanlarının sayı 14 mini ötdü İranda son sutka ərzində koronavirusaz 2182 yoluxma qeydə alınıb.
Region
19 İyul , 2020 14:18
İranda koronavirus qurbanlarının sayı 14 mini ötdü

İranda son sutka ərzində koronavirusa 2 182 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

O, qeyd edib ki, ölkədə koronavirus qurbanlarının sayı 14 mini ötüb.

IRINN telekanalına müsahibə verən nazirlik rəsmisi qeyd edib ki, son sutkada 209 nəfər təhlükəli virusun qurbanı olub.

İranda koronavirusun aşkarlandığı 19 fevraldan bu günə kimi COVID-19-a 273 788 yoluxma qeydə alınıb. Ölkədə virusa yoluxmuş 14 188 nəfər vəfat edib. Bununla yanaşı, virusa yoluxmuş azı 237 652 pasiyent sağalıb.

Son xəbərlər

Orphus sistemi