İranda daşqınlar nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb

İranda daşqınlar nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb İranda son bir həftədə aramsız yağan yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində azı 61 nəfər həlak olub.
Region
30 İyul , 2022 22:35
İranda daşqınlar nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb

İranda son bir həftədə aramsız yağan yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində azı 61 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatlar İdarəsinin rəhbəri Mehdi Vəlipur bildirib.

“Son hadisələr fonunda bir neçə yeni cəsədin aşkarlanmasından sonra ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 61-ə çatıb. Ölkədə hazırda 32 nəfər itkin düşüb”- deyə, o bildirib.

Qeyd edək ki, aramsız yağan yağışlar nəticəsində baş verən sel İranın İsfahan, Mərkəzi, Fars, Mazandaran, Gilan, Tehran vilayətlərində ağır fəsadlar törədib. Adı çəkilən vilayətlərə böyük maddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi