İranda bir gündə rekord sayda insanda COVID-19 aşkarlanıb

İranda bir gündə rekord sayda insanda COVID-19 aşkarlanıb İranda daha 296 nəfər koronavirusun qurbanı olub
Region
25 Oktyabr , 2020 15:11
İranda bir gündə rekord sayda insanda COVID-19 aşkarlanıb

İranda daha 296 nəfər koronavirusun qurbanı olub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda, ümumilikdə, 32 616 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada rekord sayda - 6 191 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 568 896-ya yüksəlib.

Məlumatda həmçinin 4 969 nəfərin ağır vəziyyətdə olduğu, 455 054 nəfərin isə sağaldığı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi