İranda azı dörd nəfər daşqın qurbanı olub

İranda azı dörd nəfər daşqın qurbanı olub İranın Qəzvin vilayətində baş vermiş daşqın azı dörd nəfərin həyatına son qoyub.
Region
3 Avqust , 2021 00:28
İranda azı dörd nəfər daşqın qurbanı olub

İranın Qəzvin vilayətində baş vermiş daşqın azı dörd nəfərin həyatına son qoyub.

“Report” xəbər verir ki, bu barədə yerli “IRIB” telekanalı məlumat yayıb.

Bundan başqa, iki nəfər xəsarət alıb. Hadisə Abaj rayonunda qeydə alınıb. Belə ki, leysan yağışlar 45 dəqiqə davam edib.

Bu zaman kəsiyində 36 mm-dək yağıntı düşüb. Təxminən eyni miqdarda yağış əyalətdə bütün yaz dövründə düşür.

Son xəbərlər

Orphus sistemi