İranda 3 hərbçi-kəşfiyyatçı öldürülüb

İranda 3 hərbçi-kəşfiyyatçı öldürülüb İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində 3 hərbçi-kəşfiyyatçı öldürülüb
Region
17 Fevral , 2021 14:24
İranda 3 hərbçi-kəşfiyyatçı öldürülüb

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində 3 hərbçi-kəşfiyyatçı öldürülüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, məlumatı İranın İnformasiya və Kəşfiyyat Nazirliyi yayıb.

Bildirilib ki, onlar cinayətkar təşkilatın üzvlərini təqib edərkən öldürülüblər. Cinayətkar təşkilat barəsində informasiya yayılmayıb.

Xatırladaq ki, Sistan-Bəlucistan əyalətində İranın terrorçu təşkilat olaraq tanıdığı “Ceyşul-Ədl” qruplaşması fəaliyyət göstərir. Onlar bəlucların milli haqqını müdafiə etdiklərini bildirirlər.

Son xəbərlər

Orphus sistemi