İranda 3 780 məhkum əfv edilib

İranda 3 780 məhkum əfv edilib İranın ali lideri ayətullah Seyid Əli Xamenei 3 780 məhkumun əfv edilərək sərbəst buraxılması və ya cəzalarının yüngülləşdirilməsi barədə qanun layihəsini imzalayıb.
Region
650
5 Noyabr , 2020 10:53
İranda 3 780 məhkum əfv edilib
0 : 00
0 : 00

İranın ali lideri ayətullah Seyid Əli Xamenei 3 780 məhkumun əfv edilərək sərbəst buraxılması və ya cəzalarının yüngülləşdirilməsi barədə qanun layihəsini imzalayıb.

“Report” xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb.

Bildirilib ki, İranın ali lideri bu addımı Məhəmməd peyğəmbərin və İmam Cəfər Sadiqin doğumlarının ildönümü münasibəti ilə atıb.

Əfv edilənlər hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunmuş şəxslərdir.

Qeyd edək ki, İran Ali Məhkəmə Məhkəməsinin sədri ayətullah İbrahim Rəisi Məhəmməd peyğəmbərin və İmam Cəfər Sadiqin doğumunun ildönümü münasibəti ilə İranın ali liderinə yazdığı məktubda gərəkən şərtlər daxilində 3 780 məhkumun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsini xahiş etmişdi.

Son xəbərlər

Orphus sistemi