İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub 215 015 pasiyent müalicə olunaraq sağalıb.
Region
10 İyul , 2020 14:47
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

İranda son sutkada koronavirusdan 142 ölüm faktı qeydə alınıb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Ölkədə son sutkada yoluxanların sayı 2 262 nəfər artaraq 252 720-yə yüksəlib.215 015 pasiyent müalicə olunaraq sağalıb, 12 477  nəfər isə vəfat edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib.

Son xəbərlər

Orphus sistemi