İran Yer orbitinə peyk çıxarıb

İran Yer orbitinə peyk çıxarıb İran “Nur-2” milli peykinin buraxılışını uğurla həyata keçirib və onu aşağı Yer orbitinə çıxarıb.
Region
196
8 Mart , 2022 15:24
İran Yer orbitinə peyk çıxarıb

İran “Nur-2” milli peykinin buraxılışını uğurla həyata keçirib və onu aşağı Yer orbitinə çıxarıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı IRIB teleradio yayım korporasiyası məlumat yayıb.

Qeyd edilir ki, buraxılış üçün 7,6 km/san sürət yığan üçpilləli daşıyıcı raketdən istifadə edilib. 480 saniyə ərzində peyk 500 km məsafə qət edərək orbitə çıxarılıb. Raket buraxılışı ölkənin şimal-şərqindəki Şahrud şəhəri yaxınlığındakı səhradan həyata keçirilib.

Qeyd edək ki, İran hökuməti uzun illərdir kosmik proqramın inkişafı üzərində işləyir və bir neçə peyki uğurla orbitə çıxarıb. 2020-ci il fevralın 6-da İran Kosmik Agentliyinin rəhbəri Morteza Barari bildirib ki, Tehran 2023-cü ildən sonra “Soruş” raketindən istifadə etməklə peykləri 36 min km yüksəkliyə, yəni geosinxron orbitə çıxara biləcək.

Son xəbərlər

Orphus sistemi