İran XİN rəhbəri Rusiya rəsmiləri ilə görüşüb

İran XİN rəhbəri Rusiya rəsmiləri ilə görüşüb Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrantyev və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin İranın paytaxtı Tehrana gediblər.
Region
22 Noyabr , 2021 13:13
İran XİN rəhbəri Rusiya rəsmiləri ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrantyev və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin İranın paytaxtı Tehrana gediblər.

“Report” “Yeni Şafak"a istinadən xəbər verir ki, onlar İran xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüblər.

Tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən Suriyadakı durumu müzakirə ediblər.

İranlı nazir bildirib ki, suriyalıların problemləri öz aralarında müzakirə etməsi ölkədəki böhranın yeganə həli yoludur. O, həmçinin Suriyada sabitlik üçün rəsmi Tehran və Moskvanın birlikdə çalışmasının əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi