İran XİN başçısı: "Əməkdaşlıq üçün əllərimizi uzadırıq"

İran XİN başçısı: "Əməkdaşlıq üçün əllərimizi uzadırıq" “Hamını danışığa çağırıq, çünki anlaşılmazlıqların gərginliklərin baş çatmasının yeganıə yolu budur”.
Region
9 Noyabr , 2020 14:48
İran XİN başçısı: Əməkdaşlıq üçün əllərimizi uzadırıq
Məhəmməd Cavad Zərif
0 : 00
0 : 00

“Hamını danışığa çağırıq, çünki anlaşılmazlıqların, gərginliklərin baş çatmasının yeganə yolu budur”.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitter səhifəsində İslam Respublikasına qonşu olan ərəb dövlətlərinə müraciətində yazıb.

“Tramp (ABŞ prezidenti Donald Trampı nəzərdə tutur- red.) getdi. Biz və qonşular qaldıq. Yabançılara bel bağlamaq təhlükəsizliyimizə etibarı artırmaz sadəcə ümidləri yox edər. Xalqımız və ölkələrimizin ortaq maraqlarına çatmaq, birlikdə fəaliyyət göstərmək üçün əllərimizi uzadırıq. Bölgəmizin daha yaxşı gələcəyini qurmaq üçün daim birlikdə olacağıq”, - M.Zərif vurğulayıb.

Son xəbərlər

Orphus sistemi