İran vətəndaşı Ermənistandan Avstraliyaya narkotik aparmağa cəhd edərkən tutulub

İran vətəndaşı Ermənistandan Avstraliyaya narkotik aparmağa cəhd edərkən tutulub İran vətəndaşı Ermənistandan Avstraliyaya 1,5 kq metamfetamin göndərməyə cəhd edərkən tutulub.
Region
7 İyun , 2023 12:24
İran vətəndaşı Ermənistandan Avstraliyaya narkotik aparmağa cəhd edərkən tutulub

İran vətəndaşı Ermənistandan Avstraliyaya 1,5 kq metamfetamin göndərməyə cəhd edərkən tutulub.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Komitəsinin əməkdaşları Ermənistandan Avstraliyaya göndərilən bağlamada narkotik maddə aşkarlayıblar. Bağlamanın İran vətəndaşına məxsus olduğu müəyyən edilib. Şübhəli şəxs saxlanılıb.

Bildirilib ki, cinayət işi aşkarlanmış narkotik vasitə ilə birgə Ermənistan İstintaq Komitəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi