İran və Türkiyə regional və beynəlxalq əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

İran və Türkiyə regional və beynəlxalq əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyə səfərinin səmərəli keçdiyini bildirib.
Region
18 yanvar 2023 12:46
İran və Türkiyə regional və beynəlxalq əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfəri zamanı keçirdiyi görüşlərin və apardığı danışıqların nəticələrini yüksək qiymətləndirib.

“Report”un xəbərinə görə, nazir tviterdə yazıb ki, Ankaraya səfəri səmərəli keçib.

Nazir bildirib ki, görüşlər zamanı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub: “Ticarət mübadiləsinin həcminin artırılması, İrana sərmayə qoyuluşu və geniş regional və beynəlxalq əməkdaşlıq sahəsində maneələrin aradan qaldırılması istiqamətində razılıq əldə olundu”.

Qeyd edək ki, Hüseyn Əmir Abdullahian yanvarın 17-də Ankarada səfərdə olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi