Dekabrın 28-də İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan arasında telefon danışığı olub.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Nazirlər iki xalqın dostluğu əsasında ikitərəfli münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.