İran və Ermənistan rəsmiləri Mehridə görüşüb

İran və Ermənistan rəsmiləri Mehridə görüşüb Ermənistanın Dövlət Gəlirlər Komitəsinin sədri Rüstəm Badasyan dekabrın 8-də Meğri gömrük məntəqəsinin bölməsində İranın Gömrük Xidmətinin rəhbəri Mehdi Mirşərəfi ilə görüşüb.
Region
8 Dekabr , 2021 17:39
İran və Ermənistan rəsmiləri Mehridə görüşüb

Ermənistanın Dövlət Gəlirlər Komitəsinin sədri Rüstəm Badasyan dekabrın 8-də Meğri gömrük məntəqəsinin bölməsində İranın Gömrük Xidmətinin rəhbəri Mehdi Mirşərəfi ilə görüşüb.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirlər Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında xidmətin yaxşılaşdırılması məsələlərini müzakirə ediblər. Onlar qaçaqmalçılığa qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə mümkün informasiya mübadiləsindən də danışıblar.

Son xəbərlər

Orphus sistemi