İran Prezidenti terror aktları törədilən şəhərə gedib 

İran Prezidenti terror aktları törədilən şəhərə gedib  İran Prezidenti İbrahim Rəisi ölkəsinin partlayış baş vermiş Kirman şəhərinə gedib. 
Region
5 yanvar 2024 08:20
İran Prezidenti terror aktları törədilən şəhərə gedib 

İran Prezidenti İbrahim Rəisi ölkəsinin terror aktları törədilən Kirman şəhərinə səfər edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, o, şəhərin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşüb.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib.

Son xəbərlər

Orphus sistemi