İran prezidenti: "Əsas sanksiyaların aradan qaldırılması problemi həll edilib"

İran prezidenti: "Əsas sanksiyaların aradan qaldırılması problemi həll edilib" "Sanksiyaların ləğvi ilə bağlı bəzi detallar qalıb"
Region
122
9 May , 2021 13:04
İran prezidenti: Əsas sanksiyaların aradan qaldırılması problemi həll edilib
Həsən Ruhani

“Artıq əsas sanksiyaların aradan qaldırılması ilə bağlı problemlər həll edilib”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Tehranda Səhiyyə Nazirliyinin məsul şəxsləri və əməkdaşları ilə keçirdiyi görüşdə Avstriyanın paytaxtı Vyanada İslam Respublikasının nüvə proqramı ilə bağlı razılaşmanın müzakirəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, sanksiyaların ləğvi ilə bağlı bəzi detallar qalıb: “Onların da müzakirəsi davam edir”.

Qeyd edək ki, 2015-ci ilin iyulunda İranın nüvə proqramı üzrə ABŞ, Almaniya, Britaniya, Fransa, Çin, Rusiya ilə İslam Respublikası arasında Əhatəli Razılaşma Planı imzalanmışdı. Donald Tramp ABŞ prezidenti olandan sonra ölkəsini bu razılaşmadan çıxarmışdı.

Son xəbərlər

Orphus sistemi