İran polisi azərbaycanlı üç uşaq atasını təcridxanada işgəncə ilə öldürüb

İran polisi azərbaycanlı üç uşaq atasını təcridxanada işgəncə ilə öldürüb Güney Azərbaycanın Təbriz şəhərində etiraz aksiyalarında iştoirak etmiş üç uşaq atası Heydər Əzimi Qayabaşı təcridxanada işgəncə ilə öldürülüb.
Region
9 Yanvar , 2023 17:59
İran polisi azərbaycanlı üç uşaq atasını təcridxanada işgəncə ilə öldürüb

Güney Azərbaycanın Təbriz şəhərində etiraz aksiyalarında iştirak etmiş üç uşaq atası Heydər Əzimi Qayabaşı təcridxanada işgəncə ilə öldürülüb.

“Report” xəbər verir ki, bu barədə GünAzTV məlumat yayıb.

Bildirilib ki, o, ötən il dekabrın əvvəlində Təbrizdə keçirilən etiraz aksiyalarında həbs edilib. İran təhlükəsizlik idarəsinin təcridxanasında saxlanılı və orada işgəncə ilə qətlə yetirilib.

Hakimiyyət onun meyitini yanvarın 2-də təhvil verərkən ailəsini hədələyərək ictimailəşdirilməməsini tələb edib. Bu səbəbdən onun ölümü haqqında xəbər gec yayılıb.

Vurğulanıb ki, Heydər Əzimi Qayabaşı bir neçə etirazçı ilə birlikdə aksiyalarda naməlum şəraitdə öldürülən BƏSİC üzvünün qətlinə görə saxlanılmışdı.

Son xəbərlər

Orphus sistemi