İran koronavirusa qarşı peyvəndin sınaqlarına başlayır

İran koronavirusa qarşı peyvəndin sınaqlarına başlayır Sınaqlar bir ay ərzində könüllülər üzərində aparılacaq.
Region
798
9 Dekabr , 2020 13:46
İran koronavirusa qarşı peyvəndin sınaqlarına başlayır

İran koronavirusa qarşı öz istehsalı olan peyvəndin insanlar üzərində sınaqlarına başlanıldığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“Yerli istehsal olan koronavirusa qarşı peyvəndin insanlar üzərində sınaqları başladı. Sınaqlar bir ay ərzində könüllülər üzərində aparılacaq”, - İranın Qida və Dərman Məhsullarına Nəzarət İdarəsinin nümayəndəsi Kianuş Cahanpur deyib.

Onun sözlərinə görə, peyvənd 18-50 yaş arası olan və koronavirus testi mənfi çıxan könüllülərə iki dəfə vurulacaq: “Vaksinasiyadan sonra antikorların və immunitetin səviyyələri yoxlanılacaq”.

Xatırladaq ki, daha əvvəl İranın səhiyyə naziri Səid Namaki yerli peyvəndin gələn ilin yazına qədər sənaye istehsalına hazır olacağına ümid etdiyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi