İran koronavirusa qarşı peyvəndi xaricdən alacaq

İran koronavirusa qarşı peyvəndi xaricdən alacaq İran prezidenti Həsən Ruhani ölkələrdən birindən koronavirus əleyhinə peyvənd almasına göstəriş verdiyini açıqlayıb
Region
552
9 Dekabr , 2020 15:45
İran koronavirusa qarşı peyvəndi xaricdən alacaq
Həsən Ruhani

İran prezidenti Həsən Ruhani ölkələrdən birindən koronavirus əleyhinə peyvənd almasına göstəriş verdiyini açıqlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə İran televiziyası ilə yayımlanan hökumətin iclasında bildirib.

O, tezliklə risk altında olan şəxslərə peyvənd vurulmasına başlanacağına ümid etdiyini də sözlərinə əlavə edib.

Ruhani yerli peyvənd istehsalçılarının da dövlət dəstəyini alacağını vurğulayıb.

Daha əvvəl İranın səhiyyə naziri Səid Namaki təxminən 20 milyon insan üçün ən azı 41 milyon doza peyvənd almağı planlaşdırdıqlarını söyləyib. Onun sözlərinə görə, bu həcmin 18,6 milyon dozası COVAX, 5,5 milyonu birgə istehsal müqaviləsi vasitəsilə, 20 milyonu isə xarici şirkətlərdən təmin ediləcək.

Xatırladaq ki, bundan öncə İran öz istehsalı olan koronavirusa qarşı peyvəndin insanlar üzərində sınaqlarına başlandığını elan edib.

Son xəbərlər

Orphus sistemi