İran İraqa nəql etdiyi təbii qazın həcmini 10 dəfə azaldıb

İran İraqa nəql etdiyi təbii qazın həcmini 10 dəfə azaldıb İran İraqa nəql etdiyi təbii qazın həcmini 10 dəfə azaldıb.
Region
29 Dekabr , 2020 12:40
İran İraqa nəql etdiyi təbii qazın həcmini 10 dəfə azaldıb

İran İraqa nəql etdiyi təbii qazın həcmini 10 dəfə azaldıb.

“Report” xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, İran İraqa ildə 50 milyon kubmetr təbii qaz nəql edirdi. Bundan sonra onun həcmi 5 mln kubmetrədək azaldılıb. İranın bu addımı atmasına səbəb İraqın İslam Respublikasına təbii qaza görə borcunun 6 milyard ABŞ dolları olması göstərilib.

Qeyd edək ki, İranın energetika naziri Rza Ərdəhanian dekabrın 29-da İraqın paytaxtı Bağdada yola düşüb. O, qonşu dövlətin Baş naziri Mustafa əl-Kazımi ilə görüş keçirəcək.

Xatırladaq ki, tətbiq etdiyi sanksiyaya baxmayaraq, ABŞ İraqa İrandan təbii qaz almağa dəfələrlə icazə verib.

Son xəbərlər

Orphus sistemi