İran hökumətində nazir vəzifəsinə namizədlərin adları açıqlanıb

İran hökumətində nazir vəzifəsinə namizədlərin adları açıqlanıb İran Prezidenti İbrahim Rəisi yeni hökumətdə nazir vəzifəsinə namizədlərin adlarını ölkə parlamentinə təqdim edib.
Region
11 Avqust , 2021 16:16
İran hökumətində nazir vəzifəsinə namizədlərin adları açıqlanıb

İran Prezidenti İbrahim Rəisi yeni hökumətdə nazir vəzifəsinə namizədlərin adlarını ölkə parlamentinə təqdim edib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı İran Prezidentinin mətbuat xidməti yayıb.

Yeni hökumətin nazir postlarına namizədlər: informasiya və kommunikasiya naziri İsa Zarepur, informasiya və kəşfiyyat naziri (ETTELAAT) Seyid İsmayıl Xətib, iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi, təhsil naziri Hüseyn Baqqoli, səhiyyə və tibbi təhsil naziri Bəhram Eynullahi, əmək, sosial təminat və kooperativ işlər naziri Höccətullah Əbdülmaliki, kənd təsərrüfatı naziri Seyid Cavad Sadatinejad, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, ədliyyə naziri Əmir Hüseyn Rəhimi, müdafiə və silahlı qüvvələr naziri Məhəmmədrza Aştiani, yol və şəhərin inkişafı nazir Rüstəm Qasimi, ticarət, sənaye və mədən naziri Seyid Rza Fatemi Amin, elm, araşdırma və texnologiya naziri Məhəmməd Əli Zolfuqol, mədəniyyət və islami-irşad naziri Məhəmməd Mehdi İsmayıl, daxili işlər naziri Əhməd vahidi, turizm, mədəni irs və incəsənət naziri Seyid İzətullah Zərqami, neft naziri Cavad Ouci, energetika naziri Əli Əkbər Mehrabian, gənclər və idman naziri Seyid Həmid Səcadi Xazave.

Hökumət üzvlüyünə namizədlərin siyahısı parlamentdə avqustun 13-də müzakirə ediləcək. Qeyd edək ki, iyunun 18-də İranda növbəti prezident seçkisi keçirilib.

Son xəbərlər

Orphus sistemi