İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı mərkəz və telekanal açmağı planlaşdırır

İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı mərkəz və telekanal açmağı planlaşdırır İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı siyasi-ideoloji təbliğat mərkəzi və televiziya kanalı açmağı planlaşdırır.
Region
9 İyun , 2023 12:33
İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı mərkəz və telekanal açmağı planlaşdırır

İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı siyasi-ideoloji təbliğat mərkəzi və televiziya kanalı açmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə GünAZTV məlumat yayıb.

Bildirilib ki, bu barədə Qərbi Azərbaycan əyalətinin kürd etnik qrupundan olan valisi Məhəmmədsadiq Mötəmedian tələb və təklif irəli sürüb

Onun sözlərinə görə, 24 saat İrana qarşı xaricdən fikirləri təbliğ edən yüzlərlə media orqanı və televiziya kanalları fəaliyyət göstərir: “Odur ki, Qərbi Azərbaycanda xaricə yayım üçün İstanbul türkcəsində televiziya kanalının açılması vacibdir”.

Mütəxəssislər vurğulayıblar ki, İrandakı rejimin müxtəlif dillərdə, o cümlədən Türkiyə türkcəsində siyasi-ideoloji təbliğatını aparan, ayətullah Xomeyninin "islam inqilabının yayılması" nəzəriyyəsini təbliğ edən KİV və televiziya kanalları fəaliyyət göstərir. Məhəmmədsadiq Mötəmedianın təklif və tələbi son vaxtlar Türkiyə mediasında İranda fars olmayanlara, o cümlədən Güney Azərbaycan türklərinə qarşı ayrı-seçkiliklər barədə məlumatlar yaymasının səbəb olduğu ehtimal edilir. Bu, Tehran rejiminin Türkiyəyə qarşı kürdlər vasitəsilə fəaliyyətinin də göstəricisidir. Bildirilib ki, İrandakı rejimin PKK terror qruplaşması ilə Türkiyəyə qarşı birgə fəaliyyət göstərdiyinə dair məlumatlar da yayılır.

Qeyd edək ki, mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyaləti Türkiyə ilə sərhəddə yerləşir.

Son xəbərlər

Orphus sistemi