İrakli Qaribaşvili ilk səfər edəcəyi ölkəni açıqlayıb

İrakli Qaribaşvili ilk səfər edəcəyi ölkəni açıqlayıb Gürcüstanın yeni baş nazirinin daha sonra Azərbaycana səfər edəcəyi gözlənilir
Region
185
22 Fevral , 2021 15:55
İrakli Qaribaşvili ilk səfər edəcəyi ölkəni açıqlayıb
0 : 00
0 : 00

İrakli Qaribaşvili Gürcüstanın baş naziri kimi ilk səfərini Belçikaya edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı deyib.

İ.Qaribaşvili martın 15-dən 17-dək Brüsseldə Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya haqqında saziş üzrə yüksək səviyyəli görüşlərin planlaşdırıldığını bildirib.

O, Brüsselə David Zalkaliani ilə yollanacağını söyləyib.

Qeyd edək ki, Gürcüstanın yeni baş nazirinin Belçikadan sonra Azərbaycana səfər edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi