İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan birgə layihələr həyata keçirməyi davam etdirəcək”

İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan birgə layihələr həyata keçirməyi davam etdirəcək” "Münasibətlərimizi daha da möhkəmləndirəcək birgə layihələr reallaşdıracağıq”
Region
5 May , 2021 15:32
İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan birgə layihələr həyata keçirməyi davam etdirəcək”
İrakli Qaribaşvili

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə strateji tərəfdaşlıq və dostluq münasibətlərimizi müzakirə etdik”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, görüşdə birgə səylərlə reallaşdırılan uğurlu regional əhəmiyyətli layihələr xüsusilə qeyd olunub: “Biz birgə önəmli layihələr həyata keçirmişik. Biz bunu davam etdirmək niyyətindəyik. Münasibətlərimizi daha da möhkəmləndirəcək birgə layihələr reallaşdıracağıq”.

İ.Qaribaşvili Bakıda səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib: “İlham Əliyevi Tbilisidə qəbul etməkdən çox məmnun olaram”.

Son xəbərlər

Orphus sistemi