İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan arasında etimad var”

İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan arasında etimad var” “Sabah (bu gün -red) Bakıya səfər edəcəm və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəm. Mənim ona böyük hörmətim var. Bizim yaxşı münasibətlərimiz, ən əsası etimad var”.
Region
29 Sentyabr , 2021 00:54
İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan arasında etimad var”
İrakli Qaribaşvili

“Sabah (bu gün-red) Bakıya səfər edəcəm və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəm. Mənim ona böyük hörmətim var. Bizim yaxşı münasibətlərimiz, ən əsası etimad mövcuddur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.

Onun sözlərinə görə, ölkələr və onların liderləri arasında etimad varsa, bütün məsələlər buna uyğun həll olunur.

Baş nazir yaxın zamanlarda Ermənistana da səfər edəcəyini bildirib: “Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlərdə faydalı rol oynayacam”.

Qeyd edək ki, sentyabrın 29-da Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçiriləcək. İ.Qaribaşvili komissiyanın həmsədri kimi toplantıda iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi