İrakli Qaribaşvili: “Bölgəmizdə təhlükəsizlik üçün mühüm addım atılıb”

İrakli Qaribaşvili: “Bölgəmizdə təhlükəsizlik üçün mühüm addım atılıb” “Bölgəmizdə təhlükəsizliyin yaxşılaşdırılması istiqamətində mühüm addım atılıb”.
Region
13 İyun , 2021 01:02
İrakli Qaribaşvili: “Bölgəmizdə təhlükəsizlik üçün mühüm addım atılıb”
İrakli Qaribaşvili

“Bölgəmizdə təhlükəsizliyin yaxşılaşdırılması istiqamətində mühüm addım atılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili tvitter hesabında yazıb.

“Gürcüstanın strateji tərəfdaşı olan ABŞ və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerlə Azərbaycan tərəfindən münaqişə zamanı saxlanılan Ermənistanın 15 vətəndaşının azadlığa buraxılması və Ermənistanın minalanmış ərazilər barədə məlumat təqdim etməsi üçün sıx koordinasiyada oynadığı roldan fəxr edirəm”, - hökumət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi