Baş nazir: “Azərbaycan Prezidenti Gürcüstana səfər dəvətimi qəbul edib”

Baş nazir: “Azərbaycan Prezidenti Gürcüstana səfər dəvətimi qəbul edib” “Gürcüstan və Azərbaycan arasında faydalı əməkdaşlığın uzun tarixi var”
Region
5 May , 2021 19:02
Baş nazir: “Azərbaycan Prezidenti Gürcüstana səfər dəvətimi qəbul edib”
İrakli Qaribaşvili

“Gürcüstan və Azərbaycan arasında faydalı əməkdaşlığın uzun tarixi var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıda gürcü jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə regiondakı vəziyyət və təhlükəsizlik məsələlərinin də müzakirə olunduğunu bildirib.

İ.Qaribaşvili Azərbaycanın dövlət başçısına səmimi qəbula görə minnətdarlığını ifadə edib: “İlham Əliyev bir neçə ildir Gürcüstana səfər etmir. Mən onu ölkəmizə dəvət etdim. O, Tbilisiyə səfər edəcəyinə söz verdi”.

Son xəbərlər

Orphus sistemi