İlya Darçiaşvili: “Bölgəmizin bağlılıq baxımından əhəmiyyəti artır”

İlya Darçiaşvili: “Bölgəmizin bağlılıq baxımından əhəmiyyəti artır” “Dünyada baş verən prosesləri nəzərə alsaq, bölgəmizin bağlılıq baxımından əhəmiyyəti artır”.
Region
28 İyul , 2022 15:32
İlya Darçiaşvili: “Bölgəmizin bağlılıq baxımından əhəmiyyəti artır”

“Dünyada baş verən prosesləri nəzərə alsaq, bölgəmizin bağlılıq baxımından əhəmiyyəti artır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə deyib.

O bildirib ki, Türkiyənin XİN başçısı ilə ikitərəfli münasibətlərin inkişafı perspektivləri, strateji regional layihələri, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

XİN başçısı Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib:

“Türkiyənin Gürcüstanın xarici siyasət üzrə prioritetlərini dəstəkləməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır”.

Son xəbərlər

Orphus sistemi