Çavuşoğlu Blinkenlə Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə edib

Çavuşoğlu Blinkenlə Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə edib Çavuşoğlu ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub
Region
4 Avqust , 2022 18:01
Çavuşoğlu Blinkenlə Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığının yeni təfərrüatı məlum olub.

“Report” xəbər verir ki, ABŞ Dövlət Departementinin məlumatına görə, tərəflər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Türkiyə və ABŞ xarici siyasət idarəsinin rəhbərləri eyni zamamda Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə ediblər.

Blinken həmkarının diqqətinə çatdırıb ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasına və uzunmüddətli danışıqlara nail olunmasına töhfə verməyə hazırdır.

10:01

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

M.Çavuşoğlu və E.Blinken ikitərəfli münasibətləri, həmçinin Ukraynadan taxıl ixracı məsələsini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi