İjevskdə məktəbdəki atışmada ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır - YENİLƏNİB-6

İjevskdə məktəbdəki atışmada ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır - YENİLƏNİB-6 Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.
Region
26 Sentyabr , 2022 17:33
İjevskdə məktəbdəki atışmada ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır - YENİLƏNİB-6

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər xəsarət alıb.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.

13:35

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.

13:23

İjevsk şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ölənlər üçün Udmurtiyada matəm elan edilib. 

"Report" xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov məlumat verib. 

Matəm sentyabrın 29-dək davam edəcək.

12:53

İjevskdə məktəbdə baş vermiş atışmada 5-i uşaq olmaqla 9 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi (İK) məlumat yayıb.

Atışma ilə bağlı istintaqı İK-in Mərkəzi Aparatı aparacaq.

12:34

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 6 nəfərin öldüyü və 20-yə yaxın yaralının olduğu məlumdur: "Fakt dəqiqləşdirilir. Məktəbə hücum edən şəxsin meyiti aşkar edilib".

12:13

İjevskdə məktəbdə baş vermiş atışma nəticəsində mühafizəçilərdən biri daxil olmaqla 10 nəfər yaralanıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, hücum edən şəxs məktəbin ikinci mərtəbəsində polisə atəş açıb.

O, heç bir tələb irəli sürməyib. Təhsil müəssisəsinin ərazisi mühasirəyə alınıb.

Udmurtiyanın rəhbəri Aleksandr Breçalov hadisə yerinə gəlib.

Məlumata görə, məktəbin mühafizəçisi ölüb, hücum edən şəxs intihar edib.

12:00

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.

"Report" "İzvestiya"ya istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Ölənlər barədə məlumat verilmir. Beş uşağın yaralandığı bildirilir.

Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb.

Son xəbərlər

Orphus sistemi