“Rusiyanın mülki şəxsləri hədəf alması sülh danışıqlarına mane olur”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın “Financial Times” nəşrinə müsahibəsində deyib.
“Buça və digər yerlərdən yayılan kadrlar müzakirələrin əvvəlki kimi davam etməsini, əlbəttə, çətinləşdirir. Hər birimiz kimi, ukraynalılar da məyus olublar... Bunlar, həqiqətən, insanlığa sığmayan hərəkətdir. Bu hərəkətləri kim törədibsə, mütləq cavab verməlidir”, - o bildirib.