İsveçrənin sabiq xarici işlər naziri Saakaşvilidən pul aldığına dair ittihamlara münasibət bildirib

İsveçrənin sabiq xarici işlər naziri Saakaşvilidən pul aldığına dair ittihamlara münasibət bildirib Karl Bildt öz ünvanına səslənən ittihamları cəfəngiyat adlandırıb
Region
25 Sentyabr , 2014 08:51
İsveçrənin sabiq xarici işlər naziri Saakaşvilidən pul aldığına dair ittihamlara münasibət bildirib

Bakı. 25 sentyabr. REPORT.AZ/ İsveçrənin sabiq xarici işlər naziri Karl Bildt onun ünvanına Saakaşvilidən pul aldığına dair səslənən  ittihamları cəfəngiyat adlandırıb.

"Report"un İcveçrə KİV-inə istinadən verdiyi xəbərə görə, K.Bildt qeyd edib ki, əgər onun ünvanına həqiqətən belə ittihamlar irəli sürülürsə, Gürcüstanın hakimiyyət nümayəndələrindən rəsmi açıqlama verməsini xahiş edir. "Mən şəxsən onlardan belə ittiham eşitməmişəm" - deyə, K.Bildt vurğulayıb.

Bir sıra İcveçrə KİV-ləri belə bir məlumat dərc ediblər ki, K.Bildt 2006-cı ildən 2008-ci ilədək bir neçə milyon dollar müqabilində o dövrdə Gürcüstanın prezidenti olan Mixail Saakaşvilinin imicinin yaxşılaşdırılmasına və nüfuzunun artırılmasına kömək edib.

Son xəbərlər

Orphus sistemi