İstanbulun əhalisi dünyanın 129 ölkəsinin sakinlərinin sayından çoxdur

İstanbulun əhalisi dünyanın 129 ölkəsinin sakinlərinin sayından çoxdur Türkiyə əhalisinin 18,6 faizi İstanbulda yaşayır
Region
1459
1 Fevral , 2018 15:09
İstanbulun əhalisi dünyanın 129 ölkəsinin sakinlərinin sayından çoxdur

Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin əhalisinin sayı 2017-ci ilin hesablamasına əsasən, 15 milyon 29 min 231 nəfərə çatıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı və BMT-nin Dünya Əhalisi Fondunun açıqlamasında bildirilib.

Türkiyə əhalisinin 18,6 faizi İstanbulda yaşayır. Əyalətin sakinlərinin sayı son 5 ildə 868 min 764 nəfər, yaxud 6,1 faiz artıb.

Əyalət əhalisinin sayına görə, Belçika (11,4 milyon nəfər), Yunanıstan (11,2 milyon ), Portuqaliya (10,3 milyon), İsveç (9,9 milyon) və Azərbaycan Respublikasını (9,8 milyon) keçib. Başqa sözlə, İstanbulun əhalisi 201 ölkənin 129-dan çoxdur.

Qeyd edək ki, 2017-ci ildə Türkiyə əhalisinin sayı 80 milyon 810 min 525 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi